31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dekabrın 30- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə məktəbin Akt zalında yekun bayram şənliyi keçirildi. Tədbirdə müəllim və şagird kollektivi, valideynlər, Qəsəbə Bələdiyyəsinin üzvləri iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq iştirakçıları hər iki bayram münasibəti ilə təbrik etdi və onlara yeni ildə uğurlar arzuladı. Sonda Şaxta baba və Qarqız balacaları təbrik etdi və onlara hədiyyələr payladı. Tədbir şagirdlərin söylədikləri şeir və rəqslərlə başa çatdı.