"Düzbucaqlı koordinat sistemi" mövzusunda nümunəvi dərs keçirilib

Martın 1-də məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədova 6 "E" sinfində riyaziyyat fənnindən "Düzbucaqlı koordinat sistemi" mövzusunda nümunəvi dərs aparıb.

Dərsdə  direktor müavinləri, metodbirləşmə sədri  və fənn müəllimləri iştirak ediblər.

Şəhla Əhmədova lövhədə üfüqi şəkildə yerləşdirilmiş koordinat oxu təsvir edib, onun xüsusiyyətlərini sadalayıb və koordinat sistemi, koordinat müstəvisi, rüblər, absis və koordinat oxları haqqında məlumat verib. Şagirdlərdən hər rübdə nöqtənin koordinatlarının işarəsi haqqında fikirlərini soruşub və koordinat oxu üzərində olan nöqtələrin koordinatları haqqında müzakirələr aparılıb.

Tapşırıqların yerinə yetirilməsi zamanı şagirdlər koordinat müstəvisində verilmiş nöqtələri qeyd ounan oxa nəzərən simmetrik olan nöqtəni qurub və koordinatlarını qeyd ediblər.

Yüksək səviyyədə təşkil olunmuş dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb və bəyənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi