“Xocalı soyqırımı-qan yaddaşımız” adlı anım tədbiri keçirilib

Fevralın 24-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanova məktəbin 9 “C” sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı-qan yaddaşımız” adlı anım tədbiri keçirib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mətanət Salmanova bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən amansız cinayətlərdən biridir.

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndirilib və ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi