Pedaqoji Şuranın növbəti iclası keçirilib

Fevralın 22-də Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev gündəliyə çıxarılan məsələləri elan edib. O, dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları, ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı qaydalarda bir sıra dəyişiklikləri iclas iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, məktəb pilot layihənin tətbiqi nəzərdə tutulan 62 ümumi təhsil müəssisəsi sırasındadır.

Mövcud qaydalarla bağlı şagirdlərin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə sənəd məktəbin hər iki korpusunun ictimai lövhəsindən asılıb.

İclasda məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi