Şair Ənvər Əhmədlə görüş

Dekabrın 24- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə şair Ənvər Əhmədlə görüş keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Baba Bayramov şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Şagirdlər şairin şeirlərini söylədilər və şairə onları maraqlandıran suallar verdilər. Şair şagirdlər qarşısında özünün yaradıcılığı haqqında çıxış etdi və şagirdlərin suallarına ətraflı cavab verdi. Tədbirdə qəsəbə Bələdiyyəsinin üzvləri və ziyalılar iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi