Şagirdlər zəlzələ zamanı davranış qaydaları barədə maarifləndirilib

Fevralın 21-də məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Eldəniz Niftiyev tərəfindən “Zəlzələ zamanı nə etməli?” mövzusunda təlim keçirilib. Təlimə başlamazdan əvvəl Türkiyə Respublikasında dəhşətli zəlzələ zamanı həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Eldəniz Niftiyev şagirdlərə zəlzələnin növləri, başvermə səbəbləri, zəlzələ zamanı davranış və ətrafdakı yaralılara ilkin tibbi yardım göstərilməsi qaydaları barədə ətraflı məlumat verib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi