“Ana dilim şirindir” adlı tədbir keçirilib

Fevralın 21-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanova məktəbin 6 “D” sinif şagirdləri arasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim şirindir” adlı gözəl şeir oxuma müsabiqəsi keçirib.

Mətanət Salmanova çıxış edərək Beynəlxalq Ana Dili Gününün təsis tarixindən danışıb və bu günə həsr olunmuş tədbirin önəmini vurğulayıb, bu əlamətdar günün keçirilməsinin xalqların dil və mədəniyyətinin qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Münsiflər heyətinin qərarına əsasən şeir müsabiqəsinin qalibləri müvafik xatirə hədiyyələri ilə  mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi