Riyaziyyat fənnindən maraqlı və nümunəvi dərs keçirilib

Fevralın 17-də məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədova 5 "F" sinfində riyaziyyat fənnindən "Simmetriya, dönmə, əksetmə, sürüşmə. Düz, quraşdır, bəzə." mövzularında maraqlı və nümunəvi dərs aparıb.
Şəhla Əhmədova şagirdlərə sadə simmetrik müstəvi fiqurlar barədə ətraflı məlumat verib və hər bir qrupa qrup üzvlərinin sayı qədər düzbucaqlılar paylayıb. Şagirdlər müəllimin verdiyi tapşırığa əsasən transportir, xətkeş və pərgardan istifadə etməklə müxtəlif düzbucaqlıların daxilini boş yer saxlamadan bir və ya bir neçə fiqurların təkrarlanmasından alınan naxışlarla dolduraraq nöqtә, düz xәtt, şüa, parça, müstәvi, bucaq, üçbucaq, dördbucaqlı, çevrә vә dairә anlayışları haqqında biliklәrini nümayiş etdiriblər.
Tədris prosesində fənn daxili və fənlərarası inteqrasiya yaradılıb.