Azərbaycan tarixi fənnindən "Açıq dərs"

Dekabrın 23- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə 9 "A" sinfində məktəbin tarix müəllimi Ətrabə Həsənovanın “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, tarix və coğrafiya müəllimləri iştirak etdilər.Dərsdə əyanilikdən yüksək səviyyədə istifadə olundu. Sinif 4 qrupa bölündü.Hər qrupa müəllim tərəfindən verilən tapşırıqlar vaxtında və düzgün yerinə yetirildi.Qrup rəhbərləri öz işləri haqqında geniş təqdimat etdilər. Şagirdlərin dövlət rəmzləri haqqında geniş məlumatları var.Mövzu şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənildi. Fənlərarası əlaqəyə geniş yer verildi.Sonda dərs iştirakçılar tərəfindən müzakirə olundu. Müəllimin öz ixtisasını yaxşı bilməsi və şagirdlərə tam mənimsədməsi xüsusi vurğulandı.Dərs yüksək səviyyədə bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi