Məktəbdə Riyaziyyat fənnindən "Açıq dərs" keçirildi

Dekabrın 22- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Riyaziyyat müəllimi Məleykə Quliyevanın 9 "A" sinfində “Sektor və Seqment” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi və riyaziyyat müəllimləri iştirak etdilər. Dərsdə əyaniliyə geniş yer verildi. Əyani vəsaitlərin hamısı şagirdlər tərəfindən hazırlanmışdı. Sinif 4 qrupa bölünmüşdü. Şagirdlər mövzunu tam mənimsədilər. Şagirdlərə ev tapşırıqları vaxtında verildi. Sonda iştirakçılar tərəfindən açıq dərs geniş müzakirə olundu. Müəllimin gənc olmasına baxmayaraq öz ixtisasını yaxşı bilməsi və fənni şagirdlərə sevdirməsi xüsusi qeyd olundu və dərs bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi