"75 məktəb" layihəsi çərçivəsində məktəbdə təhsil alan IX sinif şagirdləri ilə tədbir keçirildi

Dekabrın 21- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə BŞTİ və "Dərs Evi"nin əməkdaşlığı çərçivəsində "Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə koordinatoru Turanə Hüseynli və "Dərs Evi"nin 3 müəlliminin təşkilatçılığı ilə yeddi IX sinifdə təhsil alan 156 nəfər şagirdlə geniş tədbir keçirildi. Şagirdlər Akt zalında 76 nəfər digər iki sinifdə hər birində 40 şagid oturmaqla 3 qrupa bölündülər. Tədbir 1.5 saat davam etdi. Tədbirin məqsədi IX sinif şagirdlərinin məktəb biliklərinin artırılmasına dəstək olmaq idi. Tədbirdə vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazrlaşmaq kimi mövzular səsləndirildi.