20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Yanvarın 18-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın və uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı məktəbin “Tədbirlər Planı”na əsasən “20 Yanvar Azərbaycan xalqının milli qürur günüdür” mövzusunda “Dəyirmi masa” təşkil olunub.

Məktəbin 8 “A” və 8 “D” sinif şagirdlərinin iştirakı ilə keçirilən mühazirə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mətanət Salmanova xalqımızın qan yaddaşına çevrilən 20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, günahsız insanlara qarşı törədilən amansız qətliamın eyni acı və kədər hissləri ilə xatırlandığını bildirib. O, 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb.

Tədbir şagirdlərin ifasında qan yaddaşımıza həsr olunan şeirlərin səsləndirilməsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi