Partlayıcı sursatların təhlükəsi haqqında məlumat verilib

Yanvarın 16-da məktəbin uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın təşəbbüsü və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Eldəniz Niftiyevin təşkilatçılığı ilə yuxarı sinif şagirdləri üçün partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, davranış qaydaları, mina haqqında yanlış təsəvvürlər barədə şagirdlərə məlumat verilib, minalanmış ərazilərin əlamətləri, eləcə də təhlükə anında atılması vacib addımlar onların diqqətinə çatdırılıb. Həmçinin müxtəlif növ mina və sursatların vizual tanınması məqsədilə maarifləndirici videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi