“Şuşa” kitabı şagirdlərə paylanıb

Yanvarın 16-da məktəbin ibtidai sinif müəllimi Nüşabə Ağamirzəyevanın rəhbərlik etdiyi 2 “B” sinfində məktəbin kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü və uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın təşkilatçılığı ilə məktəbin kitabxanasına verilmiş Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadənin “Şuşa” kitabının təqdimatı keçirilib.

 Məktəbin kitabxana müdiri Mətanət Salmanova şagirdlərə bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində azad olunmuş qədim və əzəmətli Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Ecazkar xarıbülbül çiçəyinin bitdiyi Şuşa şəhəri Azərbaycanın musiqi beşiyidir. O, kitabda Azərbaycanın dilbər guşəsi Şuşa haqda rəngli şəkillərlə birgə şəhər haqqında ətraflı məlumatların verildiyini şagirdlərin nəzərinə çatdırıb.

Sonda kitablar şagirdlərə paylanıb və xatirə fotoşəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi