Ziyarət zamanı təsirli anlar yaşanıb

Dekabrın 30-da məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalova və rəhbərlik etdiyi 2 “Ə” sinif şagirdləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində “Siz həmişə bizimləsiniz!” şüarı altında Badamdar qəsəbəsində yerləşən “Badamdar şəhidləri” abidəsini ziyarət ediblər.

Müəllim və şagirdlər ilk öncə Heydər Əliyev parkında ucaldılan Ümummilli Liderin büstü önünə gül dəstələri qoyublar. Daha sonra xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək “Badamdar şəhidləri” abidəsinin üzərinə tər qərənfillər düzüb şəhidlərə hərbi salam verməklə ehtiramların bildiriblər. Şagirdlərdən bir neçəsi özlərinə məxsus Yeni il bayramına aid süni şam ağacının oyuncaqlarını ağlaya-ağlaya abidə önünə qoyub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi