Milli Azərbaycan Tarixi Muzeyində "Açıq dərs"

Dekabrın 14- də Bakı şəhəri Səbail rayonu 236 nöməli tam orta məktəbin Tarix müəllimi Rövşanə İsmayılovanın 6 "C" sinfində “Son tunc ilk dəmir dövrü” mövzusunda açıq dərsi Milli Azərbaycan Tarixi Muzeyində keçirildi. Şagirdləri salamlayan “Xarici əlaqələr və elmi kütləvi iş şöbə”sinin əməkdaşı Nardanə Yusifova muzeyin tarixi, memarlıq üslubu haqqında qısa məlumat verdi. Dərsin muzeydə keçirilməsi məktəblilərin mövzuya müvafiq eksponatları əyani görmələri, dərsin disskusiya şəraitində keçirilməsi və məktblilərin dərs proqramını daha effektli mənimsəmələri üçün daha uğurlu olmuşdur. Dərsdə məktəbin tarix müəllimləri Sərqanə Həsənova, Zilxumar Qasımova iştirak etmişlər.