7 və 9-cu sinif şagirdləri üçün monitorinq keçirilib

Dekabrın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 7 və 9-cu sinif şagirdlərinin Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinqi keçirilib.

Monitorinq materialları Azərbaycan və rus bölmələrində iki variatda olmaqla həm 7-ci, həm də 9-cu siniflərə təqdim olunub.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə isə 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim edilib.

İmtahan bütün otaqlarda dinləmə mətninin səsləndirilməsi ilə başlayıb və  2,5 (150 dəqiqə) saat müddətində aparılıb.

Monitorinqin keçirilməsində məqsəd 7-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 6-7-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi