“Heydər Əliyev İlinə Zəfər bayrağı ilə!” adlı intellektual yarış keçirilib

Dekabrın 24-də məktəbin ibtidai korpusunun foyesində məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 2 “Ə” sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə həsr edilmiş “Heydər Əliyev İlinə Zəfər bayrağı ilə!” adlı intellektual yarış keçirilib.

Milli intellektual  yarışda hər birində 5 nəfər olmaqla 8 komanda iştirak edib.

Yarışda iştirak edən komandaların üzvlərinə hədiyyələr - Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş kitablar təqdim edilib.

Tədbirin sonunda  foyedə müasir və müstəqil Azərbaycanın banisi - Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş guşənin açılışı olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi