Sinifdənxaric tədbir

Dekabrın 13-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin rus bölməsinin 9e və 9ə sinif şagirdlərinin iştirakı ilə "Fizika fənni üzrə Bilik yarışı" mövzusunda tədbir keçirildi. Tədbirə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən fizika müəllimi Qıztamam Yaqubova rəhbərlik edirdi. Şagirdlərə münsiflər heyəti tərəfindən verilən suallar qiymətləndirildi, qaliblər mükafatlandırıldı. Tədbirdə məktəb rəhbərliyi, məktəbin və digər məktəbin fizika müəllimləri iştirak etdilər. Sonda şagirdlər tərəfindən hazırlanmış şən, musiqili səhnəciklər nümayiş etdirildi.