“Həndəsi fiqurlar – Qruplaşdırma” mövzusunda dərs keçirilib

Dekabrın 22-də məktəbin ibtidai sinif müəllimi Bənövşə Əliyeva rəhbərlik etdiyi  2 "B" sinfində riyaziyyat fənnindən “Həndəsi fiqurlar – Qruplaşdırma” mövzusunda dərs aparıb.

Şagirdlər sadə müstəvi fiqurlar – düz xətt, parça, əyri xətt, bucaq və bucağın növləri ilə tanış olub. Onlar bu fiqurları bir-birindən ayırmağı, dəftərdə çəkməyi, hər hansı şəklin tərkibində onları fərqləndirməyi bacarıblar.

Müəllim günyə (düzbucaqlı üçbucaq formalı xətkeş) haqqında məlumat verib və onu şagirdlərə nümayiş etdirib.

Şagirdlər bucaqların növünü təyin edib, verilmiş çoxbucaqlının bucaqlarını sayıb və fiquru adlandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi