“Göyqurşağı” mözusunda “Açıq dərs” təşkil olunub

Dekabrın 22-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi 1 "B" sinfində Azərbaycan dili fənnindən açıq dərs aparıb.

Dərsdə məktəb rəhbərliyi, fənn metodbirləşmə sədri və ibtidai sinif müəllimləri iştirak ediblər.

Şagirdlər qruplara bölünüb. Hər qrupa tapşırıqlar verilib “Göyqurşağı - Rənglərin söhbəti” mözusunda və iş vərəqləri üzrə tapşırıqlar icra olunub. Fəaliyyət əməkdaşlıq şəraitində keçib. Fənlərarası əlaqə yaradılıb.

Şagirdlər sözləri hecalamadan, bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyub, təxəyyülə uyğun kiçik dialoq qurub danışıb, verilmiş şəkillərə uyğun söz və cümlələr yazıb, əlamət, say, hərəkət bildirən sözlərin hansı varlıqlara aid olduğunu müəyyən ediblər.

Şagirdlərin bilik və bacarıqları müvafiq meyar və materiallar vasitəsilə qiymətləndirilib.

Dərs iştirakçılar tərəfindən müzakirə olunub və bəyənilərək yüksək qiymət verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi