Pedaqoji Şuranın növbəti iclası keçirilib

Dekabrın 17-də Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev gündəliyə çıxarılan məsələləri elan edib. 

2022-2023-cü dərs ilinin II yarımilində də təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyət, şagirdlərin imtahanlara hazırlıq səviyyəsi, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Məktəbin direktor müavinlərinin məruzələri və sinif rəhbərlərinin hesabatları dinlənilib.

Yığıncaqda müəllimləri maraqlandıran suallar məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən ətraflı cavablandırılıb və müvafiq göstərişlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi