UNUDULMAZ LİDER

Səbail rayonu 236 nömrəli tam orta məktəbdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş anım tədbirləri və inşa yazı müsabiqələri də bu qəbildəndir. Bu tədbirlərin davamı olaraq dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 13- cü il dönümü qeyd olundu. Dövlət himni ifa olunduqdan sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin musiqi müəllimi İlahə Quliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimləri Azadə Əfəndiyeva, Xəyalə Quliyeva və Şəhla Zeynalovanın təşkilatçılığı ilə təşkil olunmuş tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq Azərbaycan xalqının memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçdiyini xatırladaraq, qeyri- adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən bir liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəflə və ləyaqətlə təmsil etdiyini bildirdi. Heydər Əliyevin daim təhsilə, elmə diqqət yetirdiyini vurğulayan direktor son illər bu sahəyə qayğının artdığını deyərək, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə yeni məktəblərin inşa edildiyini, təhsil ocağlarının müasir avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırdı. Sonda məktəblilərin hazırladığı ədəbi- bədii kompozisiya nümayiş etdirildi.