"Heyvanları Müdafiə Günü " mövzusunda dərs keçirilib

Dekabrın 13-də məktəbin ibtidai sinif müəllimi Tünzalə İsayeva rəhbərlik etdiyi 2 "A" sinfində Azərbaycan dili fənnindən "Heyvanları Müdafiə Günü " mövzusunda dərs aparıb.

Müəllim əvvəlcə şagirdlərlə onların öz sevimli oyuncaqları barədə söhbət edib. Söhbət zamanı şagirdlərin varlığı təsvir etmək, tanıtmaq üçün əldə etdikləri bilik və bacarıqları xatırladıb. Daha sonra şagirdlər müstəqil şəkildə tapşırığı yerinə yetiriblər.

Dərsin məqsədi şagirdlərdə dinləmə mətnindən aldığı məlumatlardan yararlanaraq şəkil üzrə rabitəli nitq qurub danışma bacarığını inkişaf etdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi