Final mərhələsinə vəsiqə qazanıblar

Dekabrın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 8-10-cu sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəfər” məktəblilərarası birinci tarix olimpiadasının ilk turunun nəticələri açıqlanıb. Belə ki, məktəbin 9 “D” sinif şagirdi Qasımlı Nihat Firidun oğlu, 10 “A” sinif şagirdi Əsgərova Nəzrin Cabir qızı, 9 “B” sinif şagirdi İsayev Məhəmməd İsa oğlu və 9 “A” sinif şagirdi Xankişiyev İsrafil Elşad oğlu birinci turun qalibi olaraq  final turunda iştirak etmək hüququ qazanıblar.

BŞTİ-nin verdiyi məlumata görə olimpiadanın final turunun mərkəzləşdirilmiş qaydada təşkil olunması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi