Tibbi monitorinq keçirilib

Dekabrın 1-də məktəbin ibtidai korpusunda məktəbin tibb bacısı Elmira Şirəliyeva və Badamdar qəsəbəsində yerləşən 34 nömrəli uşaq poliklinikasının həkim-infeksionisti siniflərdə “Qurd xəstəliklərinin profilaktikası”, “Düzgün qamət, skoliozun profilaktikası”, “Ağız boşluğunun gigiyenası”, “Sağlam qidalanma” mövzuları üzrə maarifləndirici söhbətlər aparıb və eyni zamanda tibbi monitorinq keçiriblər.

Mərkəzin mütəxəssisləri şagirdlərin sağlamlığının mühafizəsinə yönəldilən tibbi sanitariya xidmətinin və rasional qidalanmanın təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniya, spirtli içki və tütünün zərərlərindən geniş bəhs ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi