Əyləncəli biologiya

Dekabrın 8- də Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə rus bölməsinin VII d sinfində biologiya müəllimi İradə Axundovanın təşkilatçılığı ilə "Əyləncəli bilogiya" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, biologiya, kimya və coğrafiya müəllimləri iştirak etdilər. Sinif əyani vəsaitlərlə tam təchiz olunmuşdu. Sinifdə oxuyan 38 şagird 2 qrupa bölündü. Təşkil edilmiş münsiflər heyəti tərəfindən hər iki komandaya verilən suallar qiymətləndildi. Yekun nəticədə qalib komandaya medal və hədiyyələrlə, digər komanda isə diplomla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi