“Günəbaxan” mövzusunda dərs keçirilib

Noyabrın 30-da məktəbin ibtidai sinif müəllimi Bənövşə Əliyeva rəhbərlik etdiyi 2 "B" sinfində Azərbaycan dili fənnindən “Günəbaxan” mövzusunda dərs aparıb.

Müəllim gətirdiyi gül şəkillərini şagirdlərinə nümayiş etdirərək güllərin və günəbaxan bitkisinin əlamətlərini sadalamağı tapşırıb.

Şagirdlər suallara və illüstrasiyalara əsasən dinlədiyi mətni şərh ediblər və mətndəki obrazların keçirdiyi hisslərin səbəbini onların düşdüyü situasiya ilə izah edə biliblər.

Dərsin əsas məqsədi şagirdlərin oxuyub-qavrama bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi