9-cu sinif şagirdlərilə maarifləndirici söhbətlər aparılıb

Noyabrın 26-da məktəbin akt zalında məktəbin direktoru Xanlar İmaməliyev və psixoloqu Vəcahət Əliyeva 9-cu sinif şagirdləri ilə imtahanlar ərəfəsində şagirdlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə maarifləndirici söhbətlər aparıblar.

Bildirilib ki, uzun müddət dərs oxumaq, eyni əzələ və orqanlara düşən gərginlik, intensiv əqli fəaliyyət, istirahət və yuxu rejiminin pozulması, ən əsası emosional yüklənmə əsəb sisteminin gərginləşməsinə səbəb olur.

Psixoloq şagirdlərə imtahanqabağı stressi dəf etmək üçün imtahan və onun nəticələri barədə neqativ fikirlərdən uzaq olmağı, pozitiv düşünməyi məsləhət görüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi