“Zəfər” məktəblilərarası birinci tarix olimpiadasının ilk turu keçirilib

Noyabrın 26-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 8-10-cu sinif şagirdlərinin iştirakı ilə “Zəfər” məktəblilərarası birinci tarix olimpiadasının ilk turu keçirilib.

Olimpiadanın sual kitabçaları Azərbaycan və rus bölməsi üzrə iki variantda tərtib edilmiş formada imtahanın təşkil olunduğu gün saat 08:30-da məktəbin outlook ünvanına elektron qaydada göndərilib.

Sual kitabçaları əvvəlcədən hazır edilib, nəzarətçi müəllimlər məktəb direktoru tərəfindən müəyyən edilərək müvafiq təlimatlar verilib.

Olimpiadada şagirdlərin tək-tək oturmaları üçün şərait yaradılıb. Şagirdlərə səhv cavab sayının düz cavablara təsir etdiyi barədə məlumat çatdırılıb.

Olimpiada saat 11:00-da başlanıb və 12:00-da bitib.

Şagirdlərin cavabları elektron qaydada excel sənədə əlavə edildikdən sonar Bakı şəhəri üzrə Təhsil İdarəsinə müvafiq qaydada göndəriləcəyi barədə məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi