Məktəbdə Biologiya fənnindən "Açıq dərs" keçirildi
Dekabrın 6- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə rus bölməsinin 8 "Ə" sinfində biologiya müəllimi Nahidə Carullayevanın "Qan damarlarında qanın dövranı" mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavinləri, kimya və biologiya müəllimləri iştirak etdilər. Dərsdə əyanilikdən istifadə olundu. Keçmiş mövzu şagirdlərdən soruşuldu və qiymətləndirildi. Yeni mövzu müəllim tərəfindən ətraflı izah olundu. Sonda iştirakçılar tərəfindən dərs müzakirə olundu. Buraxılmış kiçik nöqsanlar müəllimin nəzərinə çatdırılmaqla dərs bəyənildi.