Dekabrın 6- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə rus bölməsinin 11 "Ə" sinfində Səidə Heydərovanın "Təcavüzkarı sakitləşdirmək siyasəti və onun iflasa uğraması " mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi və tarix müəllimləri iştirak etdilər. Dərsdə əyanilikdən istifadə olundu, fənlərarası əlaqəyə geniş yer verildi. Müəllim tərəfindən keçilmiş mövzular təkrarlandı. Yeni mövzu ətraflı izah olundu. Sonda dərs iştirakçılar tərəfindən müzakirə olundu və yüksək qiymətləndirildi.