Bakı Zooloji Parkına ekskuriya ediblər

Noyabrın 22-də məktəbin biologiya müəllimi Samirə Ağayeva 7 “A” sinif şagirdləri ilə birgə Biologiya fənninin tədris planına uyğun olaraq Bakı Zooloji Parkına ekskuriya ediblər.

Samirə müəllim “Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər” mövzusunu əyani şəkildə şagirdlərə izah edib.

Şagirdlər balıqların quruluşu haqqında mülahizələrini şərh edib, qığırdaqlı və sümüklü balıqlarda gedən həyati prosesləri fərqləndirməyi bacarıblar.

Həyati biliklərdən faydalanan şagirdlər dərslikdəki sualı müzakirə edib, balıqların su mühitində yaşayışı ilə əlaqədar quruluş xüsusiyyətlərini sadalayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi