Məktəbdə Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi.
Dekabrın 5-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin riyaziyyat və informatika müəllimi- Respublikanın Əməkdar müəllimi Əhmədova Şəhla Novruz qızının 6 "E" sinfində riyaziyyat fənnindən “Müsbət və mənfi ədədlər“ mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, riyaziyyat və informatika müəllimləri və digər ixtisasdan olan gənc müəllimlər iştirak etdilər. Dərs müasir tələblərə cavab verən üsullarla aparılırdı. Dərsdə prometan lövhədə şagirdlər sərbəst işləməyi bacardılar. Mövzuya aid əyani vəsaitlər hazırlanmışdı. Sinifdə şagirdlər 6 qrupa bölünərək verilən tapşırıqları vaxtında yerinə yetirdilər. Dərsdə fənlərarası əlaqəyə geniş geniş yer verildi. Sonda "Müsbət və mənfi ədələr" mövzusunda keçirilmiş açıq dərs müzakirə olundu. Dərs iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək bəyənildi.