Dekabrın 5-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Tarix müəllimi Zilxumar Qasımovanın 10 "C" sinfində “Burjua islahatları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi və tarix müəllimləri iştirak etdilər. Dərsdə əyanilikdən geniş istifadə olundu. Keçmiş mövzu şagirdlərdən soruşuldu. Yeni dərs ətraflı izah olundu. Şagirdlər mövzunu tam mənimsədilər. Sonda Zilxumar Qasımovanın “Burjua islahatları” mövzusunda açıq dərsi iştirakçılar tərəfindən ətraflı müzakirə olundu. Dərs kiçik nöqsanlar nəzərə alınmaqla bəyənildi