Məktəbdə Rus dili fənni üzrə "Açıq dərs" keçirildi
Dekabrın 5-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Rus dili və Ədəbiyyat müəllimi İlhamə Kərimovanın 8 "Ə" sinfində “Söz birləşmələrində tabelilik əlaqələri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi və ixtisas müəllimləri iştirak etdilər. Dərsdə əyanilikdən geniş istifadə olundu. Müəllim tərəfindən ev tapşırıqları yoxlanıldı. Yeni dərs ətraflı izah olundu. Şagirdlər mövzunu tam mənimsədilər. Sonda İlhamə Kərimovanın “Söz birləşmələrində tabelilik əlaqələri” mövzusunda açıq dərsi iştirakçılar tərəfindən müzakirə olundu, müəyyən təkliflər verildi. Dərs kiçik nöqsanlar nəzərə alınmaqla bəyənildi