“Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 21-də məktəbin "Kiçik Akademiya"sının prezidenti, biologiya müəllimi İradə Axundova məktəbin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə “Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir” mövzusunda maarifləndirici tədbir keçirib.

İradə Axundova çıxışında bildirib ki, Azərbaycanın şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikamızda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Bu kimi amilləri nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyaların tətbiqi günün tələbinə çevrilib. 

İradə müəllim ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında gənc nəslin daha fəal olmasını tövsiyə edib.

Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla davam edib, şagirdlərin sualları ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi