Məktəbin həkim və psixoloqu tərəfindən şagirdlər ilə maarifləndirici görüş keçirilib

Noyabrın 21-də məktəbdə psixonevroloji və psixoloji skrininqlərin aparılması və qurd invaziyası hallarının azaldılması üçün şagirdlərin ambulator müayinələrə və müalicəyə cəlb etmək məqsədilə uşaqlar arasında yayılan xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyasına dair məktəbin həkimi Samirə Əliyeva, məktəbin tibb bacısı Elmira Şirəliyeva və məktəbin psixoloqu Vəcahət Əliyevanın müxtəlif siniflərdə şagirdlərlə maarifləndirici görüşü keçirilib.

Həkim Samirə Əliyeva infeksiyanın 5-14 yaş uşaqlar arasında xüsusi şiddətlə müşahidə olunduğunu və vaxtlı-vaxtında müalicə olunmadığı təqdirdə bir sıra problem, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, dizenteriya və anemiya kimi xəstəliklərə gətirib çıxaracağını bildirib.

Həkim Samirə Əliyeva söhbət zamanı bildirib ki, qurd mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir və qurd yerləşdiyi yerdə ciddi problemlər yaradır, uşağın əqli və fiziki inkişafına təsir edir. Bunun yaranmasının əsas səbəbi gigiyena qaydalarının pozulmasıdır. Məktəbdə uşaqlar arasında pozan və qələm alış-verişi də mikrobların ötürülməsinə səbəb olur. Öskürmə və asqırma yoluyla bu əşyalara bulaşan xəstəlik yaradan mikroblar əllər vasitəsilə də yoluxur. Buna görə gigiyenik qaydalara ciddi diqqət yetirilməli, əllər tez-tez yuyulmalı, dırnaqları qısa kəsilməlidir. Əsasən qurdun aşkar olunması ilə yanaşı düzgün müalicəsi də vacibdir. O, eyni zamanda energetik içkilərin 18 yaşa çatmamış yeniyetmələrin orqanizmi üçün zərərlərindən-insanda asılılıq yaratmasından, yuxusuzluğa, daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətinin artırmasına, təzyiq yüksəlməsinə səbəb olduğunu şagirdlərin nəzərinə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi