“Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda seminar keçirilib

Noyabrın 21-də məktəbin psixoloqları Fərid İsgəndərov, Vəcahət Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova, uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda çıxış edən məktəbin rəhbər işçiləri mövzunun aktuallığından bəhs ediblər. Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib. Eyni zamanda, bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda qızların təhsildən yayındırılaraq erkən nikaha məcbur edilməsinə yol verən şəxslərin cinayət məsuliyyəti daşıdıqlarını bildiriblər.

Sonda seminarda iştirak edən şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi