“İnsan alveri və zorakılığa qarşı mübarizə” mövzusu müzakirə edilib

Noyabrın 21-də məktəbin psixoloqları Fərid İsgəndərov, Vəcahət Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova, uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan alveri və zorakılığa qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirin məqsədi şagirdlərin diqqətini insan alveri və zorakılıq probleminə yönəltmək, insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində şagirdləri bilgiləndirməkdən ibarət olub.

Görüşdə çıxış edən məktəbin rəhbər işçiləri cəmiyyətdə zorakılığa qarşı, ilk növbədə, ailələrdə və məktəblərdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğu vurğulanıb, bunun üçün psixoloqların və valideynlərin daim əlaqəli işləməsinin vacibliyi qeyd olunub.

Tədbirdə şagirdlərin vəziyyətdən çıxış yollarına dair fikirləri dinlənilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi