“Narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir təşkil edilib

Noyabrın 18-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova, uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq maarifləndirici tədbir keçirilib.

Məktəbin rəhbər işçiləri bəşəriyyətin ən böyük bəlalarından hesab edilən narkomaniya ilə savaşda hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyünü, cəmiyyətin hər bir üzvünün, xüsusilə gənclərin narkomaniyaya qarşı mübarizədə aktiv fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıblar.

Diskussiya şəraitində keçirilən görüşdə şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi