“Yollarda təhlükəsiz davranışı öyrənək” adlı intellektual yarış keçirilib

Noyabrın 18-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə 7-8-ci sinif şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” adlı intellektual yarış keçirilib.

Yarışda beş komanda iştirak edib.

Suallar yol hərəkəti qaydalarının və avtomobillərin tarixi, yol hərəkətinin iştirakçıları, piyadalar və velosipedçilər, sürücülük hüququ, yol hərəkəti qaydaları və digər mövzuları əhatə edib.

Münsiflər heyəti yarışın üç turunun yekununa əsasən beş komanda arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdirib.

İntellektual yarışın keçirilməsində məqsəd yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, şagirdlərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin olunması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi