“Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

Noyabrın 5-də məktəbin musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qeyd edib ki, artıq ikinci ildir Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq-iqtidar birliyi hesabına qazandığımız böyük qələbənin, tarixi Zəfərin qürurunu yaşayır.

Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii proqramla davam edib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi