Məktəbdə Riyaziyyat fənni üzrə açıq dərs keçirildi

Noyabrın 29- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin riyaziyyat müəllimi İsmayılzadə Aynurənin VI d sinfində “Faizə aid məsələlər” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, riyaziyyat müəllimləri və digər ixtisasdan olan gənc müəllimlər iştirak etdilər. Şagirdlərin ev tapşırıqları yoxlanıldı və qeydlər aparıldı.Dərsdə əyanilikdən geniş istifadə olundu.Fənlərarası əlaqə yaradıldı. Həll edilən məsələlər tarix, coğrafiya, biologiya və Azərbaycan dili fənləri ilə əlaqəli oldu. Dərsin sonunda şagirdlər qiymətləndirildi. Sonda iştirakçılar tərəfindən Aynurə İsmayılzadənin “Faizə aid məslələr” mövzusunda açıq dərsi geniş müzakirə olundu, buraxılmış kiçik nöqsanlar müəllimin nəzərinə çatdırılmaqla dərs yaxşı qiymətləndirildi. Müəllim gənc olmasına baxmayaraq öz ixtisasını yaxşı bilir və şagirdlərə çatdırmaq üçün əlindən gələni edir.