“Zəfərə gedən yol” adlı bilik yarışı keçirilib

Noyabrın 3-də məktəbin tarix müəllimi Xəzər Umarovun təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfərə gedən yol” adlı bilik yarışı keçirilib.

Yarışın əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bilik yarışında məktəbin 9-cu sinif şagirdləri komanda şəklində iştirak ediblər. Yarış tarix fənni üzrə keçirilib.

Suallar Xəzər müəllim tərəfindən hazırlanaraq yazılı şəkildə komandalara təqdim olunub və komanda üzvlərindən biri sualı yazılı şəkildə cavablandırıb.

Münsiflər heyəti çıxış edərək, yarış iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Yarışın qaliblərinə, fərqlənən komandalara və yarışı təşkil edən müəllimlərə məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən məktəbin diplomu və təşəkkürnaməsi təqdim olunub.

Yarışın keçirilməsində məqsəd Vətən müharibəsində canlarından keçərək Zəfər Gününün sevincini bizlərə bəxş edən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, şagirdlərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan ibarət olub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi