Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Oktyabrın 29-da məktəbdə 2022-2023-ci tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib.

8-11-ci sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının məktəb mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.

Olimpiadanın gedişi məktəb rəhbərliyinin tam nəzarəti ilə həyata keçirilib.

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu mərhələdə uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi