Məktəbdə 6 "Ç" sinfində Azərbaycan dili fənni üzrə açıq dərs keçirildi

Noyabrın 25 də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Məhərrəmova Rəqiyyə Məhəmmədəli qızının IVç sinfində Azərbaycan dili fənnindən “Bir boşqab sıyıq” mövzusunda açıq dərs keçirildi. Dərsdə ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmova, ibtidai siniflər üzrə metodbirləşmənin rəhbəri Solmaz Məmmədova və digər ibtidai sinif müəllimləri iştirak etdilər. Müəllim mövzunu şagirdlərə tam mənimsədə bildi. Əyani vəsaitlərdən istifadə olundu. Sonda “Bir boşqab sıyıq” mövzusunda keçirilmiş açıq dərs iştirakçılar tərəfindən ətraflı müzakirə olundu. Bəzi nöqsanlar qeyd olundu, təkliflər verildi və dərs yaxşı qiymətləndirildi.