Maarifləndirici ekskursiya təşkil olunub

Oktyabrın 25-də “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin ibtidai sinif müəllimi Nərmin Pənahova rəhbərlik etdiyi 4 "G" sinif şagirdləri ilə birgə Şamaxı Safari Parkına və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına maarifləndirici ekskursiya ediblər.

Şagirdlər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara muzey əməkdaşları tərəfindən ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verilib.

Ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan canlıların qorunması, onlara qayğının təbliği və müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi