“Mən və hüquqlarım” mövzusunda seminar keçirilib

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, açıq dərs və seminarlar təşkil olunur.
Oktyabrın 25-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyeva yuxarı sinif şagirdləri üçün aylıq çərçivəsində “Mən və hüquqlarım” mövzusunda seminar keçirib.
Müəllim uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə şagirdlərə ətraflı məlumat verib.
Qeyd edək ki, məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.