Şagirdlərin tamaşası alqışlarla qarşılanıb

MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfransın iştirakçıları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində olublar.
Qonaqlar üçün təşkil olunmuş tədbirdə məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın rəhbərlik etdiyi 2 “Ə” sinif şagirdləri müxtəlif səhnəciklər nümayiş etdiriblər. Şagirdlər dənizçi geyimlərində gəmiçiliyin tarixini, ənənələrini əks etdirən tamaşalar təqdim ediblər. Şagirdlərin tamaşasını gəmi-muzeyin qonaqları coşqu və alqışlarla qarşılayıblar.